Layihələr

Şuşa şəhəri və Şuşa rayonunun Daşaltı kəndinin qayanıqlı su təchizatı layihəsi

Layihə Tarixi · 2026-01-15

Şuşa şəhəri və Şuşa rayonunun Daşaltı kəndinin qayanıqlı su təchizatı layihəsi

Şuşa şəhəri və Şuşa rayonunun Daşaltı kəndinin qayanıqlı su təchizatı layihəsi üçün hidroloji, hidrogeoloji mühəndis axtarış və monitorinq işlərinin yerinə yetirilməsi (2022-2023)

Şuşa şəhərinin ərazisi Qarabağ silsiləsinin şimal-şərq yamacında, Şuşa yaylasının üzərində yerləşir. Yayla dairəvi formaya malik olaraq cənub-şərqdən Qarqar, şimal-qərbdən isə Xəlfəli çay dərələri ilə əhatə olunur. Şuşa şəhərinin ərazisi dəniz səviyyəsindən 1250-1530 m arasında tərəddüd edən böyük hündürlük fərqləri ilə səciyyələnir.

Daşaltı qəsəbəsi Şuşa şəhərindən cənubda, Şuşa dağlıq yaylasının cənub-şərq ətəyində, 1100-1200 m hündürlüklərdə yerləşir.

Müzəffər Azərbaycan Ordusu tərəfindən 8 noyabr 2020-ci ildə 28 illik erməni işğalından azad olunmuş Şuşa şəhərində və Daşaltı qəsəbəsində intensiv bərpa-yenidənqurma işləri həyata keçirilir. Şuşa şəhərinin yeni Baş Planı Dövlət Memarlıq və Şəhərsalma Komitəsinin sifarişi ilə Böyük Britaniyanın “Chapman Teylor” şirkəti tərəfindən hazırlanmışdır. Eyni zamanda, Azərbaycanın “Feniks AA” şirkəti tərəfindən Daşaltı qəsəbəsinin Baş Planı hazırlanmışdır. Baş planlara uyğun olaraq, Şuşa şəhərində 25,000, Daşaltı qəsəbəsində isə 1,100 nəfər adamın məskunlaşması nəzərdə tutulmuşdur.

Baş Planların əhatə etdiyi ən vacib məsələlərdən biri Şuşa və Daşaltıda yüksək keyfiyyətli su təchizatı sisteminin bərpası və yenidən qurulması, su təchizatı və kanalizasiya şəbəkələrinin, habelə çirkab suların təmizlənməsi və yağış sularının idarə olunması sistemlərinin yenidən qurulmasından ibarətdir. Qeyd olunan məsələnin həlli məqsədilə Azərsu ASC tərəfindən “Şuşa şəhəri və Şuşa rayonunun Daşaltı kəndinin dayanıqlı su təchizatı sisteminin idarə edilməsi” layihəsi hazırlanaraq icrasına start verilmişdir. Layihənin məqsədi şəhəri keyfiyyətli su ilə təmin etmək üçün etibarlı və fasiləsiz sistemin, tullantı sularının toplanması və təmizlənməsi, yağış sularının axıdılması, eləcə də suyun vahid idarə edilməsi sisteminin yaradılmasından ibarətdir.

The territory of the city of Shusha is located on the north-eastern slope of the Karabakh mountain range, on the Shusha plateau. The plateau has a circular shape and is bordered by the Gargarchay valley to the southeast and the Khalfalichay valley to the northwest. The area of Shusha city is characterized by significant elevation differences, ranging from 1,250 to 1,530 meters above sea level.

The settlement of Dashalti is located south of Shusha city, on the south-eastern foothills of the Shusha mountainous plateau, at elevations between 1,100 and 1,200 meters above sea level.

Following its liberation from 28 years of Armenian occupation by the victorious Azerbaijani Army on 8 November 2020, intensive reconstruction and rehabilitation works are being carried out in Shusha city and the Dashalti settlement. The new Master Plan of Shusha city was prepared by the UK-based company Chapman Taylor upon the commission of the State Committee for Urban Planning and Architecture. In parallel, the Master Plan of the Dashalti settlement was prepared by the Azerbaijani company Feniks AA. In accordance with the Master Plans, the planned population is 25,000 for Shusha city and 1,100 for the Dashalti settlement.

One of the most critical issues addressed by the Master Plans is the restoration and reconstruction of a high-quality water supply system in Shusha and Dashalti, including the rehabilitation of water supply and sewerage networks, as well as wastewater treatment and stormwater management systems. To address these needs, Azersu OJSC has developed and commenced the implementation of the project titled “Sustainable Water Supply System Management for Shusha City and the Dashalti Village of Shusha District.”

The objective of the Project is to establish a reliable and continuous system for the provision of high-quality water to the city, ensure the collection and treatment of wastewater, facilitate stormwater drainage, and create an integrated water management system.