Layihələr
Xar-Xar filiz yatağı üzrə Çöl Mühəndis Araşdərmaları və Monitorinq işləri
Layihə Tarixi · 2020-08-13

Layihə haqqında qısa məlumat.
Xarxar və Cəyirçay mis yataqları Azərbaycan Respublikasının Şəmkir və Gədəbəy inzibati rayonlarının həmsərhəd ərazilərində, Kiçik Qafqaz dağlarının şimal yamacında Cəyirçay hövzəsinin orta axımında, çayın sağ qolu olan Xarxar çayının və sağ (Xarxar) yamaclarında, eləcə də Cəyirçayın sağ adsız qollarının arasında (Cəyirçay) yerləşir . Yataqların mütləq hündürlüyü ,Xarxarda 1480-1560 m, Cəyirçayda isə 1510-1600 m diapazonunda tərəddüd edir. Hər iki yatağın ərazisi oyulmuş relyefə malik və kiçik dərin olmayan çay dərələri ilə kəsilən orta dağ massivi ilə xarakterizə edilir. Yataqların sahəsi 1.5 km2 (Xarxar) və 0.4 km2 (Cəyirçay) təşkil edir. Yataqlar bir birindən 1-2 km məsafədə yerləşir.
Yataqlar Şəmkir şəhərindən təxminən 28 km cənub-qərbdə, Gədəbəy şəhərindən 20 km şimal-şərqdə, Bakı şəhərindən isə 433 km qərbdə yerləşir.






