Layihələr

İsmayıllı rayonunun Qubaxəlilli kəndində balıq məhsullarının istehsalı layihəsinin ətraf və sosial-iqtisadi mühitə təsirlərinin qiymətləndirilməsi

Layihə Tarixi · 2020-09-13

İsmayıllı rayonunun Qubaxəlilli kəndində balıq məhsullarının istehsalı layihəsinin ətraf və sosial-iqtisadi mühitə təsirlərinin qiymətləndirilməsi

Layihə haqqında qısa məlumat.

“İsmayıllı rayonunun Qubaxəlilli kəndində balıq məhsullarının istehsalı” Layihəsi mülkiyyətində olan Yekəxana su anbarının qərb və cənub-qərb sahillərində mövcud olan balıqartırma təsərrüfatının genişləndirilməsi, eləcə də Qubaxəlilli kəndinin ərazisində balıq emalı müəssisəsinin tikintisi və istismarı məqsədini güdür.

Layihə ərazisi Bakı şəhərindən 154 km qərbə, İsmayıllı şəhərindən 17 km cənubda, Qubaxəlilli kəndinin özündə və ondan 5.6 km şimal-qərbdə Yekəxana su anbarının qərb sahillərində yerləşən iki hissədən ibarətdir. Mütləq hündürlüyü 217 metrdən 237 metrə qədər dəyişən Layihə ərazisinin Qubaxəlilli kəndinə təsadüf edilən sahəsi 7.625 hektara, Yekəxana su anbarının sahillərində yerləşən hissəsi isə 245 hektara bərabərdir.  

Bu layihə “İsmayıllı rayonunun Qubaxəlilli kəndində balıq məhsullarının istehsalı” həyata keçiriləcəyi ərazidə ətraf və sosial-iqtisadi mühitin mövcud vəziyyətinin ətraflı xarakterizə etmək və Layihənin potensial ətraf mühit və sosial-iqtisadi təsirlərini qiymətləndirmək məqsədini daşıyır.

ƏSMTQ çərçivəsində Layihənin potensial təsir dairəsinin ətraf və sosial-iqtisadi mühitinin mövcud vəziyyətini tədqiq etmək və layihənin potensial təsirlərini müəyyən edərək qiymətləndirmək məqsədilə  məlumatların təhlili, kompleks çöl tədqiqatları, maraqlı tərəflərlə müzakirələr və kompleks monitorinq işləri həyata keçirilmişdir.