Layihələr

Filizçay yatağı üzrə çöl mühəndis araşdırmaları və monitorinq işləri

Layihə Tarixi · 2026-01-15

Filizçay yatağı üzrə çöl mühəndis araşdırmaları və monitorinq işləri

Layihə haqqında qısa məlumat.

1959-cu ildə kəşf edilmiş “Filizçay” yatağı Balakən rayonunun inzibati ərazisində yerləşir. Yataq regionun ən böyük polimetal yatağı və “AzerGold” QSC-nin ən iri həcmli layihəsidir. Bununla yanaşı tərkibində olan filiz ehtiyatlarının həcminə görə “Filizçay” Avropanın və dünyanın ən iri polimetal yataqları siyahısında öncül yerlərdə qərarlaşıb.

Filizçay yatağı sahəsi Baş Qafqaz silsiləsinin cənub yamacının çay dərələri ilə kəskin parçalanmış ikinci dərəcəli tirəsində, Balakənçay hövzəsinin orta axımının sağ yamacında yerləşir. Ümumi sahəsi təxminən 240  ha  təşkil  edən  Layihə  ərazisi  Böyük  Qafqazın  dəniz  səviyyəsindən  1110-2270  m  yüksəkliklərdə yerləşən orta və yüksək dağlıq zonasında yerləşir. Şirkətimiz tərəfindən Filizçay yatağında çöl mühəndis araşdırmaları və monitorinq işləri həyata keçirilmişdir.Bütün işlər peşəkar mühındis heyyəti tərəfindən aparılmışdır.Şirkətimiz tərəfindən layihə əsasında Hidroloji ölçmələr,Su nümunələrinin götürülməsi,Topoqrafiya işləri yerinə yetirilmişdir.